​İtaliyanın "Parma" klubu 20 mln. avroya satışa çıxarılıb

​İtaliyanın "Parma" klubu 20 mln. avroya satışa çıxarılıb Komandanın gələcək sahibi həm də klubun 74 mln. avroluq borclarını da öz üzərinə götürməlidir
Futbol
21 Aprel , 2015 20:19
​İtaliyanın Parma klubu 20 mln. avroya satışa çıxarılıb

Bakı. 21 aprel. REPORT.AZ/ Ciddi maliyyə çətinlikləri ilə üzləşən İtaliyanın "Parma" futbol klubu satışa çıxarılıb. 

"Report" "TASS"a istinadən xəbər verir ki, "Parma"nın futbolçularına bu mövsümdə maaş verilməyib. Klubun bütün əmlakına həbs qoyulub. Məhkəmənin qərarı ilə "Parma" bankrot elan edilib.

Klubun aktivləri ilkin qiyməti 20 mln. avro müəyyənləşdirilərək hərraca çıxarılıb. Komandanın gələcək sahibi həm də klubun 74 mln. avro məbləğində olan borclarını da öz üzərinə götürməlidir. Bu borclar ödənildiyi təqdirdə "Parma" növbəti mövsümə İtaliya çempionatının ikinci divizionunda başlaya bilər (seriya B). 

Son xəbərlər

Orphus sistemi