​İtaliyanın "Kalyari" klubu "A" Seriyasına vəsiqə qazanıb

​İtaliyanın "Kalyari" klubu "A" Seriyasına vəsiqə qazanıb "Bari"ni 3:0 məğlub edən "Kalyari" yüksək diviziona vəsiqəni özünə təmin edib
Futbol
7 May , 2016 05:54
​İtaliyanın Kalyari klubu A Seriyasına vəsiqə qazanıb

Bakı. 7 may. REPORT.AZ/ Futbol üzrə İtaliya "B" Seriyasının 40-cı tur matçında "Bari"ni 3:0 hesabı ilə darmadağın edən "Kalyari" klubu ölkə çempionatının yüksək divizionuna vəsiqəni özünə təmin edib.

"Report" xəbər verir ki, birinciliyin bitməsinə iki tur qalmış "Kalyari"nin hesabında 77 xal var ki, bu da 3-cü pillədə gedən "Trapani"dən 11 xal çoxdur.

Belə olan halda, "Kalyari" gələn mövsümü İtaliya futbolunun yüksək liqasında başlayacaq. Ötən həftə "A" Seriyasına vəsiqəni hesabında 78 xal olan və birinci yeri tutan "Krotone" rəsmiləşdirib.

"Kalyari" İtaliya yüksək liqasından "B" Seriyasına ötən mövsüm turnir cədvəlini 18-ci pillədə başa vuraraq düşmüşdü.

Son xəbərlər

Orphus sistemi