"Çelsi" yeni baş məşqçisini açıqlayıb

"Çelsi" yeni baş məşqçisini açıqlayıb İngiltərə "Brayton"unun baş məşqçisi Qrem Potter "Çelsi"yə rəhbərlik etməyə şifahi razılıq verib.
Futbol
8 Sentyabr , 2022 19:08
Çelsi yeni baş məşqçisini açıqlayıb
Qrem Potter

İngiltərənin "Çelsi" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi Qrem Potterlə 5 illik müqavilə bağlayıb.

47 yaşlı ingiltərəli mütəxəssisin son klubu yerli "Brayton" olub.

13:55

İngiltərə "Brayton"unun baş məşqçisi Qrem Potter "Çelsi"yə rəhbərlik etməyə şifahi razılıq verib.

"Report"un "90 min" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar"ın rəhbərliyi ingiltərəli mütəxəssislə görüş keçirib. Görüşdən sonra tərəflər razılıq əlaməti kimi bir-birilərinin əllərini sıxıblar.

Hazırda Potterin yeni vəzifədə sentyabrın 10-da "Fulhem"lə matçadək işə başlaması üçün rəsmi sənədlərin hazırlanma prosesi gedir. London klubunun sahibləri bütün formallıqları sutka ərzində sona çatdırmaq istəyirlər.

Qeyd edək ki, "Çelsi" sentyabrın 6-da Tomas Tuxeli baş məşqçi postundan istefaya göndərib. İngiltərə Premyer Liqasında 6 turdan sonra London komandası 10 xalla 6-cı yeri tutur. Çempionlar Liqasının ilk turunda "zadəganlar" Xorvatiyada Zaqreb "Dinamo"suna uduzub - 0:1.

Son xəbərlər

Orphus sistemi