Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final oyunları keçiriləcək. "Report"un məlumatına görə, bir oyundan ibarət olacaq mərhələnin qalibi 1/4 finala yüksələcək.
"Xəzər Lənkəran" klubunun rəqibi "Araz Naxçıvan" komandası bütün yarışlardan imtina etdiyindən, cəmi 7 oyun baş tutacaq. Lənkəran komandası isə birbaşa növbəti mərhələyə yüksələcək. Qalan oyunlardan 6-da Premyer Liqa komandaları I Divizion təmsilçiləri ilə üz-üzə gələcəklər. Yalnız "Sumqayıt" və "Bakı" komandaları arasındakı görüş elita klublarının qarşılaşması ilə fərqlənir.
Qeyd edək ki, ilk 2 matçdan biri ölkə kubokunun son qalibi "Neftçi" ilə I divizionun iddialı komandalarından olan "Qaradağ Lökbatan" arasında keçiriləcək.
Azərbaycan Kuboku, 1/8 final
3 dekabr (çərşənbə)
13:00. "Neftçi”– "Qaradağ Lökbatan”
Hakimlər: Əliyev Vüsal V., Əmiraslanov Knyaz, Qənbərov Vüsal, Məmmədov Mahir
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
13:00. "Neftçala”– AZAL
Hakimlər: Məmmədov İnqilab, Musayev Elman, Musayev Vaqif, Hüseynli Xəlil
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
15:00. "Sumqayıt” – "Bakı”
Hakimlər: Həsənov Rəhim, Məmmədov Rza, Mahmudov Mehman, Məmmədov Fərid
"Kapital Bank Arena”
15:00. "Qəbələ”– "Ağsu”
Hakimlər: Yusifov Fariz, Əliyev İsgəndər, Əmirəli Akif, Fərhadov Teymur
Qəbələ şəhər stadionu
15:30. "Qarabağ” – MOİK
Hakimlər: Xəlilov Xəlil, Həsənov Coşqun, Acalov Elşən, Məmmədov Orxan
Tofiq Bəhramov adına Respublika stadionu
17:00. "Simurq”– "Rəvan”
Hakimlər: Əsgərov Elvin, Ramazanov Rahil, Həmzəzadə Rəvan, İsmayılov Sərxan
Zaqatala şəhər stadionu
18:00. "Şahdağ” – "İnter”
Hakimlər: Diniyev Ramil, Yusifov Cavanşir, Abdullayev Munis, Əhmədov Ramil
"İnter Arena” stadionu.