Azərbaycan Premyer Liqası: “Qarabağ” ilk qələbəsini qazanıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” ilk qələbəsini qazanıb Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.
Futbol
13 Avqust , 2023 20:22
Azərbaycan Premyer Liqası: “Qarabağ” ilk qələbəsini qazanıb

Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.

“Report”un məlumatına görə, günün yeganə matçı “Azersun Arena”da keçirilib.

Son çempion “Qarabağ” “Turan Tovuz”u sınağa çəkib. Açılış turunda ağdamlılar gözlənilmədən “Zirə”yə məğlub olmuşdularsa, Tovuz təmsilçisi “Araz-Naxçıvan”ı üstələmişdi.

Qurban Qurbanovun kollektivi bu dəfə sensasiyaya imkan verməyib. Matçda hesabı 30-cu dəqiqədə Juninyo açıb. 66-cı dəqiqədə Abdullah Zubir fərqi iki topa çatdırıb. Cəmi üç dəqiqə sonra bu dəfə Adama Diakabi adını tabloya yazdırıb.

Bu, həm də qarşılaşmada son qol olub və “Qarabağ” rəqibini 3:0 hesabı ilə məğlub edib. Bununla son çempion cari mövsümdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Qəbələ”ni (2:0), “Zirə” “Kəpəz”i (1:0) məğlub edib. Avqustun 14-də “Neftçi” “Səbail”lə üz-üzə gələcək. “Sumqayıt” – “Sabah” qarşılaşması isə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi