Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın "Aue" klubuna transfer olub.
"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Yenə 2-ci Bundesliqada çıxış edəcək 26 yaşlı futbolçu sabiq klubu "Karslrue"də 77 oyuna çıxıb və 10 qol vurub.
Qeyd edək ki, "Aue" son mövsümdə 3-cü liqada 2-ci pilləni tutaraq 2-ci Bundesliqada iştirak hüququ qazanıb.