Tennisçi Serena Uilyams 6-cı dəfə Uimbldon turnirinin qalibi olub

Tennisçi Serena Uilyams 6-cı dəfə Uimbldon turnirinin qalibi olub O, final oyununda ispaniyalı Qarbin Muqurusunu məğlub edib
Fərdi
11 İyul , 2015 21:24
Tennisçi Serena Uilyams 6-cı dəfə Uimbldon turnirinin qalibi olub

Bakı. 11 iyul. REPORT.AZ/ Amerikalı tennis ustası Serena Uilyams 6-cı dəfə Uimbldon turnirinin qalibi olub.

“Report” xəbər verir ki, 33 yaşlı amerikalı final matçında ispaniyalı Qarbin Muqurusunu məğlub edib - 6:4, 6:4.

Bu, onun karyerası ərzində “Böyük dəbilqə” seriyasından qazandığı 21-ci turnir olub. İdmançı 2002, 2003, 2009, 2010 və 2012-ci illərdə qələbəyə sevinib. Qalibiyyət ona 1,88 mln. funt qazandırıb.

Son xəbərlər

Orphus sistemi