Şəhriyar Məmmədyarov Dünya Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Şəhriyar Məmmədyarov Dünya Kubokunun 1/4 finalına vəsiqə qazanıb Azərbaycan şahmatçısının növbəti rəqibi rusiyalı olacaq
Fərdi
21 Sentyabr , 2015 19:07
Şəhriyar Məmmədyarov Dünya Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bakıda keçirilən Dünya Kubokunun 1/4 finalına vəsiqə qazanıb. "Report"un məlumatına görə, 30 yaşlı zəka ustası 1/8 finalda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edib. 

Ş.Məmmədyarov ötən gün ağ fiqurlarla məğlub etdiyi F.Karuana ilə bu gün qara fiqurlarla heç-heçə edib. Beləliklə, iki görüşün yekununda 1,5:0,5 hesablı üstünlük əldə edən təşkilatçı ölkənin şahmatçısı adını növbəti mərhələyə yazdırıb. 

Qeyd edək ki, Şəhriyar Məmmədyarovun 1/4 finaldakı rəqibi rusiyalı Sergey Karyakinlə Dmitri Andreykin arasında keçirilən görüşün qalibi olacaq. 

Son xəbərlər

Orphus sistemi