Rusiyanın 8 idmançısı rüşvət qarşılığında dopinq cəzasından qurtulub

Rusiyanın 8 idmançısı rüşvət qarşılığında dopinq cəzasından qurtulub Hadisə 2012-ci il London Yay Olimpiya Oyunlarından öncə baş verib
Fərdi
8 Noyabr , 2015 14:40
Rusiyanın 8 idmançısı rüşvət qarşılığında dopinq cəzasından qurtulub

Bakı. 8 noyabr. REPORT.AZ/ Rusiyanın 8 idmançısı Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) məmurlarına böyük məbləğdə rüşvət qarşılığında dopinq cəzasından qurtulub. "Report"un "The Sunday Times" nəşrinə istinadən məlumatına görə, hadisə 2012-ci il London Yay Olimpiya Oyunlarından öncə baş verib.

Sonradan həmin idmançılar Oyunların qalib və gümüş mükafatçıları olublar. Rüşvəti alanlar isə İAAF-ın sabiq prezidenti Lamine Diak və İAAF-ın antidopinq departamentinin keçmiş rəhbəri Qabriel Dolle olub. Rüşvətin ümumi məbləği 1,2 milyon avro təşkil edib.

Qeyd edək ki, Lamine Diak noyabrın 4-də koppupsiyada şübhəli bilinərək, həbs olunub. O və vəkili Ümumrusiya Atletika Federasiyasından rüşvət almaqda şübhəli bilinirlər.

Son xəbərlər

Orphus sistemi