Bakı. 8 noyabr. REPORT.AZ/ Rusiyanın 8 idmançısı Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) məmurlarına böyük məbləğdə rüşvət qarşılığında dopinq cəzasından qurtulub. "Report"un "The Sunday Times" nəşrinə istinadən məlumatına görə, hadisə 2012-ci il London Yay Olimpiya Oyunlarından öncə baş verib.
Sonradan həmin idmançılar Oyunların qalib və gümüş mükafatçıları olublar. Rüşvəti alanlar isə İAAF-ın sabiq prezidenti Lamine Diak və İAAF-ın antidopinq departamentinin keçmiş rəhbəri Qabriel Dolle olub. Rüşvətin ümumi məbləği 1,2 milyon avro təşkil edib.
Qeyd edək ki, Lamine Diak noyabrın 4-də koppupsiyada şübhəli bilinərək, həbs olunub. O və vəkili Ümumrusiya Atletika Federasiyasından rüşvət almaqda şübhəli bilinirlər.