Rusiyalı tennisçi BMT-nin xoşməramlı səfiri adından məhrum edilib

Rusiyalı tennisçi BMT-nin xoşməramlı səfiri adından məhrum edilib Mariya Şarapova barəsində aparılan istintaq müddəti ərzində tədbirlərdə xoşməramlı səfir kimi iştirak edə bilməyəcək
Fərdi
24 May , 2016 12:05
Rusiyalı tennisçi BMT-nin xoşməramlı səfiri adından məhrum edilib

Bakı. 24 may. REPORT.AZ/ BMT məşhur rusiyalı tennisçi Mariya Şarapovanı BMT-nin İnkişaf Proqramının xoşməramlı səfiri adından məhrum edib.

BMT-nin Bakıda ofisindən "Report"a verilən məlumata görə, təşkilat xanım idmançıya işlərinə görə təşəkkür edib və ona uğurlar arzulayıb.

"Bir neçə rusiyalı idmançının, o cümlədən M.Şarapovanın adının dopinqdən istifadədə hallandığı bu məqamda tennisçi barəsində aparılan istintaq müddəti ərzində tədbirlərdə xoşməramlı səfir kimi iştirak edə bilməyəcək", - BMT İP-nin məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi