​Rusiyalı Olimpiya çempionuna Naftalanda müalicə olunmaq tövsiyə edilib

​Rusiyalı Olimpiya çempionuna Naftalanda müalicə olunmaq tövsiyə edilib Anna Çiçerova: "Mənim istirahətim güman edildiyindən tez başladı"
Fərdi
20 Sentyabr , 2015 13:39
​Rusiyalı Olimpiya çempionuna Naftalanda müalicə olunmaq tövsiyə edilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Rusiyanın hündürlüyə tullanma üzrə Olimpiya çempionu Anna Çiçerovaya Azərbaycanın Naftalan kurortunda müalicə olunmaq tövsiyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Sport-express" nəşrinə müsahibəsində atlet özü məlumat verib.

Pekində keçirilən Dünya çempionatında zədəli vəziyyətdə çıxış etdiyini bildirən Anna Çiçerova bərpa olunmaq planları haqqında bunları deyib:

"Əvvəlcə mən, çox güman ki, suyu olduqca faydalı olan Ölü dənizə yollanacağam. Bir də mənə Azərbaycanın Naftalan mənbələrinə getməyi tövsiyə ediblər. Bərpa dövrü böyük ehtimal ki, noyabrın ilk həftəsinədək davam edəcək. Sadə dillə desək, mənim istirahətim güman edildiyindən tez başladı".

Son xəbərlər

Orphus sistemi