​Rusiya yüngül atletika yığması baş məşqçisiz qalıb

​Rusiya yüngül atletika yığması baş məşqçisiz qalıb Bu barədə Rusiya Atletika Federasiyasının prezidenti Valentin Balaxniçev yerli mətbuata bildirib
Fərdi
24 Yanvar , 2015 11:40
​Rusiya yüngül atletika yığması baş məşqçisiz qalıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Rusiyanın yüngül atletika üzrə yığma komandasının baş məşqçisi Valentin Maslakov tutduğu postdan istefa verib. "Report"un məlumatına görə, bu barədə Rusiya Atletika Federasiyasının prezidenti Valentin Balaxniçev yerli mətbuata bildirib.

Baş məşqçinin istefasını doğru addım hesab edən federasiya rəsmisi ona təşəkkür edib: "Rusiya milli komandası ilə bağlı ədalətli, düzgün qərar verdiyi üçün ona təşəkkür edirik. Mövzu ilə bağlı onunla uzun söhbətimiz oldu. O, düzgün qərar qəbul etdi".

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Rusiya Antidopinq Agentliyi (RUSADA) 5 yerli atleti yarışlardan kənarlaşdırıb. Onlardan 4-ü müxtəlif müddətə, 1-i isə ömürlük diskvalifikasiyaya məruz qalıb.

Son xəbərlər

Orphus sistemi