Bakı. 7 dekabr. REPORT.AZ/ Meksikanın paytaxtı Mexikoda taekvondo üzrə Qran-pri yarışı keçirilib. "Report"un məlumatına görə, Qran-Pri 2016-cı il Rio-De-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb.
Yarışda mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev (+80 kq) mükafatçılar sırasına düşə bilməsə də, topladığı reytinq xalları nəticəsində "Rio-2016"ya vəsiqə qazanıb. O, öz çəki dərəcəsindəki reytinq sıralamasında 327.67 xalla 3-cü pillənin sahibi kimi bu hüquqa yiyələnib.