Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb

Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident kubokunda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.
Fərdi
27 Aprel , 2024 18:02
Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb

Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident Kubokunda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.

“Report” Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 kq-da mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.

Bu nəticə ilə millimizin yarışda qazandığı mükafatların sayı 7-yə yüksəlib. Daha əvvəl yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi