Novak Cokoviç “Australian Open” turnirində növbəti uğura imza atıb

Novak Cokoviç “Australian Open” turnirində növbəti uğura imza atıb Serb mənşəli tennisçi tennis üzrə Avstraliya açıq çempionatının qalibi olub
Fərdi
1 Fevral , 2015 21:25
Novak Cokoviç “Australian Open” turnirində növbəti uğura imza atıb

Bakı. 1 fevral. REPORT.AZ/ Serb mənşəli tennisçi Novak Cokoviç “Böyük dəbilqə” seriyasının mövsümdə ilk turniri olan tennis üzrə Avstraliya açıq çempionatının qalibi olub.

"Report" xəbər verir ki, dünya reytinqində ilk sırada yer alan serb tennisçi kişilər arasında mübarizənin finalında britaniyalı Endi Marreyi 3:1 (7:6, 6:7, 6:3, 6:0) hesabı ilə məğlub edərək Avstraliyada beşinci çempionluğunu qazanıb.

Avstraliya açıq çempionatında beş dəfə qalib gələn ilk tennisçi olan N.Cokoviç bu nəticə ilə Andre Agassi və Roje Federeri geridə qoyub.

Son xəbərlər

Orphus sistemi