Nazir Azad Rəhimov Avropa Olimpiya Komitəsinin prezidenti ilə görüşüb

Nazir Azad Rəhimov Avropa Olimpiya Komitəsinin prezidenti ilə görüşüb Görüşdə Azərbaycanın ev sahibliyi edəcək oyunlara hazırlıq prosesi müzakirə olunub
Fərdi
22 Yanvar , 2016 15:33
Nazir Azad Rəhimov Avropa Olimpiya Komitəsinin prezidenti ilə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov İsveçrənin Lozanna şəhərində səfərdədir. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərin məqsədi Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasında iştirak etməkdir.

Səfər çərçivəsində nazir Azad Rəhimov Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos, Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro, AOK idarə heyətinin üzvü Christophe de Keeper ilə görüşüb.

Görüşlər çərçivəsində "Bakı-2015"də yüksək səviyyədə görülən işlərdən söz açılıb və Azərbaycanın qazandığı təcrübəni ev sahibliyi edəcək növbəti ölkə ilə bölüşməsinin önəmi diqqətə çatdırılıb.

Eyni zamanda, görüş çərçivəsində 2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası, "Formula-1" Qran-Pri turniri, 2017-ci ildə gerçəkləşəcək İslam Həmrəyliyi Oyunları haqda söz açılıb və oyunlara hazırlıq prosesi barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi