"Mercedes"-in pilotu Formula 1 üzrə Avstraliya Qran Prisinin qalibi olub

"Mercedes"-in pilotu Formula 1 üzrə Avstraliya Qran Prisinin qalibi olub Yarışı ikinci yerdə yenə "Mercedes"-i təmsil edən Lyuis Hemilton başa vurub
Fərdi
20 Mart , 2016 11:24
Mercedes-in pilotu Formula 1 üzrə Avstraliya Qran Prisinin qalibi olub

Bakı. 20 mart. REPORT.AZ/ Formula 1 üzrə yeni mövsümdə ilk - Avstraliya Qran Prisinə yekun vurulub. "Report"un məlumatına görə, "Mersedes"in almaniyalı pilotu Niko Rosberq qalib adını qazanıb.

Onun komanda yoldaşı, böyük britaniyalı hazırkı dünya çempionu Lüis Hemilton ikinci yeri tutub. Üçüncü pillədə isə "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel qərarlaşıb.

Yürüş ispaniyalı Fernando Alonso ("Maklaren") ilə meksikalı Esteban Qutyerresin ("Haas") qəzası üzündən bir müddət dayandırılıb. "Red Bull"Un rusiyalı pilotu Daniil Kvyat isə bolidindəki problem üzündən yürüşə başlaya bilməyib.

Son xəbərlər

Orphus sistemi