​Loğman Quliyev "Fəcr Open" beynəlxalq şahmat turnirinin qalibi olub

​Loğman Quliyev "Fəcr Open" beynəlxalq şahmat turnirinin qalibi olub Azər Mirzəyev isə Latviya turnirin gümüş mükafatçısı adına layiq görülüb
Fərdi
24 Fevral , 2015 20:23
​Loğman Quliyev Fəcr Open beynəlxalq şahmat turnirinin qalibi olub

Bakı. 24 fevral. REPORT.AZ/ İranın Urmiya şəhərində keçirilən ənənəvi 23-cü “Fəcr Open” beynəlxalq şahmat turniri yekunlaşıb.

Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, turnirdə 8 ölkədən (7 beynəlxalq qrossmeyster, 8 beynəlxalq usta və 10 FİDE ustası) 157 zəka sahibi qələbə uğurunda mübarizə aparıb.

Azərbaycanı turnirdə Azər Mirzəyev, Loğman Quliyev, Pərviz Qasımov, Urfan Sevdimalıyev, Ayaz Məmmədov, Nicat Ağayev, Asif Həsənov, Sadiq Məmmədov, Aynur Kətanova, Ələddin Bayramov, Bahəddin Hətəmov, Hüseyn Seyid və Zərrin Məmmədli təmsil ediblər.

Sonuncu turda L.Quliyev yerli şahmatçı Kaveh Haziolşarif üzərində qələbə qazanaraq 7.5 xalla turnirin qalibi olub. Azər Mirzəyev isə Latviya təmsilçisi İlmars Starostitslə xalları yarı bölərək 7.5 xalla turnirin gümüş mükafatçısı adına layiq görülüb. Həmyerlilərimizlə eyni xal toplayan Latviyalı İ.Starostits isə əlavə göstəricilərə görə yarışın bürünc mükafatçısı olub.

U.Sevdimalıyev aktivinə 6 xal yazaraq 28-ci, Toğrul Həsənzadə 5.5 xalla 34-cü və P.Qasımov da eyni xal toplayaraq 40-cı yerə çıxıb. S.Məmmədov və A.Kətanova 5 xal, H.Seyid və Z.Məmmədli 4 xal, B.Hətəmov və Ə.Bayramov 3.5 xal toplayıb.

Qeyd olunub ki, turnir İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilib.

Son xəbərlər

Orphus sistemi