Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin Baş Assambleyasına yollanacaq

Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin Baş Assambleyasına yollanacaq Assambleyada gənclər və idman naziri ilə MOK rəsmiləri iştirak edəcək
Fərdi
17 Noyabr , 2015 14:20
Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin Baş Assambleyasına yollanacaq

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin (EOC) noyabrın 18-də Çexiyanın paytaxtı Praqada işə başlayacaq  44-cü Baş Assambleyasına qatılacaq. Milli Olimpiya Komitəsindən (MOK) "Report"a verilən məlumata görə, 3 gün davam edəcək assambleyada gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edəcək.

EOC İcraiyyə Komitəsinin üzvü olan Ç.Hüseynzadə adı çəkilən təşkilatın 4-cü iclasında da iştirak edəcək. Həmçinin tədbir çərçivəsində EOC-un "İdmanda Qadın və Bərabərlik" Komissiyasının üzvü olan K.Nurullayevanın da iştirakı nəzərdə tutulub.

2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları və 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Yeniyetmələr arasında 2016-cı ildə Lillehhammerdə keçiriləcək Qış Olimpiya Oyunları da müzakirə olunacaq. Həmçinin 2021-ci ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalına namizəd ölkələrin siyahısı açıqlanacaq.

Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin 45-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi