​Fransada təhsil alan velosipedçi tələbələr Azərbaycana gələcək

​Fransada təhsil alan velosipedçi tələbələr Azərbaycana gələcək Artıq iki aya yaxındır pedal çevirən tələbələr Türkiyəyə çatıblar
Fərdi
4 Fevral , 2015 19:26
​Fransada təhsil alan velosipedçi tələbələr Azərbaycana gələcək

Bakı. 4 fevral. REPORT.AZ/ Fransada təhsil alan tələbələr velosipedlə dünya turuna çıxıblar. "Report"un məlumatına görə, Emile Rivoyer, Vyenne Pourudiler, Nikolas Klavsolyes və Tristan Eymar Daufin adlı gənclər təhsillərinə 1 il müddətinə ara verərək velosipedlə dünyanı səyahət edirlər.

Artıq iki aya yaxındır pedal çevirən tələbələr Türkiyəyə çatıblar. Onlar Gürcüstan, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya və Ukraynanı görmək istədiklərini bildiriblər. Tələbə səyahətçilər məqsədlərinin dünyanı televiziya, qəzet və jurnallardan deyil, gəzərək, görərək tanımaq olduğunu deyiblər.

Son xəbərlər

Orphus sistemi