​FİDE "Qran-pri"si: Rəcəbov sülh bağladı, Məmmədyarov yenə məğlub oldu

​FİDE "Qran-pri"si: Rəcəbov sülh bağladı, Məmmədyarov yenə məğlub oldu Tibilisidə şahmat turnirinin 4-cü turu oynanılıb
Fərdi
19 Fevral , 2015 08:15
​FİDE Qran-prisi: Rəcəbov sülh bağladı, Məmmədyarov yenə məğlub oldu

Bakı. 19 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən şahmat üzrə “Qran-pri” seriyasının 3-cü mərhələsində 4-cü turun oyunları keçirilib.

"Report" xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Teymur Rəcəbov yenidən heç-heçə oynayıb, digər şahmatçımız Şəhriyar Məmmədyarov isə növbəti dəfə məğlub olub.

FİDE "Qran-pri"si

3-cü mərhələ, 4-cü tur

Teymur Rəcəbov (Azərbaycan) – Dmitri Yakovenko (Rusiya) – 0,5:0,5

Aleksandr Qrişuk (Rusiya) – Baadur Cobava (Gürcüstan) – 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yevgeni Tomaşevski (Rusiya) – 0:1

Aniş Qiri (Hollandiya) – Dmitri Andreykin (Rusiya) – 0,5:0,5

Lenyer Dominqes (Kuba) – Rüstəm Qasımcanov (Özbəkistan) – 0,5:0,5

Pyotr Svidler (Rusiya) – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

Turnir cədvəlində vəziyyət: Tomaşevski – 3,5 xal, Qrişuk, Yakovenko, Qiri – 2,5, Məmmədyarov, Qasımcanov, Dominqes, Rəcəbov – 2, Andreykin, Vaşye-Laqrav, Svidler – 1,5, Cobava – 0,5.

Son xəbərlər

Orphus sistemi