Fərid Qayıbov Qubada federasiya nümayəndələri ilə görüşüb

Fərid Qayıbov Qubada federasiya nümayəndələri ilə görüşüb Gənclər və idman naziri Fərid Qayıbovun olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 10-cu görüşü keçirilib.
Fərdi
6 Sentyabr , 2023 17:32
Fərid Qayıbov Qubada federasiya nümayəndələri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbovun olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 10-cu görüşü keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Quba Olimpiya İdman Kompleksində baş tutan tədbirdə nazir son iki ay ərzində qazanılmış idman uğurları münasibətilə federasiyaları təbrik edib və yeni uğurlar arzulayıb.

Ənənəyə uyğun olaraq, hər iki aydan bir keçirilən görüş ilk dəfədir ki, paytaxtdan kənarda təşkil edilib.

Fərid Qayıbov qeyd edib ki, növbəti görüşlərin də digər Olimpiya İdman Komplekslərində keçirilməsi həm federasiya nümayəndələrinin bölgələrdə öz idman növlərinin fəaliyyətini yaxından izləmək, həm də komplekslərin imkanları ilə yerində tanış olmaq baxımından faydalı olar.

İclasın gündəliyinə əsasən, iyun-avqust ayları ərzində keçirilmiş beynəlxalq kütləvi yarışların hesabatı dinlənilib, lll Avropa Oyunları, XVll Avropa Gənclər Yay Olimpiya Festivalı, Tələbələrin XXXl Ümumdünya Yay Universiadası, ll MDB Oyunları, Beynəlxalq Universitet İdman Festivalında idmançılarımızın iştirakı və nəticələri müzakirə edilib.

Həmçinin idmançı, məşqçi və hakimlərin lisenziyalaşdırılması prosesi, qabiliyyət imtahanı, idman federasiyalarının sosial media hesabatı, tibbi təminat və digər məsələlər müzakirə olunub, federasiyaların fikir və təklifləri dinlənilib.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi