Cənubi Koreyada olimpiya çempionu yol-nəqliyyat qəzasında vəfat edib

Cənubi Koreyada olimpiya çempionu yol-nəqliyyat qəzasında vəfat edib 33 yaşlı idmançının idarə etdiyi motosikl yolda dönməni yerinə yetirən avtomobillə toqquşub
Fərdi
28 İyun , 2016 11:49
Cənubi Koreyada olimpiya çempionu yol-nəqliyyat qəzasında vəfat edib

Bakı. 28 iyun. REPORT.AZ/ 2006-cı il Turin Qış Olimpiya Oyunlarında şort-trek növündə qızıl medal qazanmış cənubi koreyalı O Se Con yol qəzası nəticəsində həyatını itirib. "Report"un məlumatına görə, hadisə Seul şəhərində baş verib.

33 yaşlı idmançının idarə etdiyi motosikl yolda dönməni yerinə yetirən avtomobillə toqquşub.

Qeyd edək ki, O Se Con idmançı karyerasını 2016-cı ildə başa vurmuşdu.

Son xəbərlər

Orphus sistemi