BOK vitse-prezidenti: "Çətin ki, Komitə IAAF-ın Rusiya ilə bağlı qərarını ləğv etsin"

BOK vitse-prezidenti: "Çətin ki, Komitə IAAF-ın Rusiya ilə bağlı qərarını ləğv etsin" Con Kouts: "Milli assosiasiyanı kənarlaşdırmaq – beynəlxalq federasiyanın hüququdur"
Fərdi
18 İyun , 2016 11:20
BOK vitse-prezidenti: Çətin ki, Komitə IAAF-ın Rusiya ilə bağlı qərarını ləğv etsin

Bakı. 18 iyun . REPORT.AZ/ Çox güman ki, Beynəlxalq Olimpiya Komitəsi Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) tərəfindən yarışlardan kənarlaşdırılan rusiyalı yüngül atletlərlə bağlı qərarı qüvvədə saxlayacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BOK vitse-prezidenti Con Kouts bildirib.

"Milli assosiasiyanı kənarlaşdırmaq – beynəlxalq federasiyanın hüququdur  və mən düşünmürəm ki, biz (BOK) qərarımızı ləğv edəcəyik", - Kouts qeyd edib.

Bir gün əvvəl Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) Şurası rusiyalı idmançıları Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunları-2016 yarışlarında iştirakına qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi