Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar Bədii gimnastika üzrə Azərbaycan millisi Bolqarıstanın Burqas şəhərində keçirilən “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində 5 bürünc medal əldə edib.
Fərdi
27 Aprel , 2024 15:31
Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində 5 bürünc medal əldə ediblər.

"Report" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Səkinəxanım İsmayılzadə həm çoxnövçülük, həm də gürzlər və topla çıxışda bürünc mükafat qazanıb.

Ayan Sadıqova halqa, Dəniz Əsgərova lentlə hərəkətdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, ümumilikdə beş bürünc medal qazanan yığmamız komanda hesabında 3-cü yeri tutub.

Son xəbərlər

Orphus sistemi