​Bakıda general-mayorun həbs edilən oğlunun idmançı olduğu müəyyənləşib

​Bakıda general-mayorun həbs edilən oğlunun idmançı olduğu müəyyənləşib T.Əsədullayev universal döyüş növündə çempionatlara qatılıb
Fərdi
12 Aprel , 2015 00:15
​Bakıda general-mayorun həbs edilən oğlunun idmançı olduğu müəyyənləşib

Bakı. 12 aprel. REPORT.AZ/ DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin həbs etdirdiyi oğlu Tamerlan Əsədullayevin idmançı olduğu müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, T.Əsədullayev universal döyüş növündə bir neçə dəfə Azərbaycan çempionatlarına qatılıb.

Hətta o, çempionatın mükafatçısı da olub. Mənbə T.Əsədullayevin "Senator" restoranında məcburən dava etdiyini bildirib:

"Restoran mühafizəçiləri ona söz atıblar, bu da dalaşmalı olub. Onlar 4 nəfər, bu isə tək olub". 

Son xəbərlər

Orphus sistemi