​Bakıda cüdo üzrə "Böyük dəbilqə" turniri start götürüb

​Bakıda cüdo üzrə "Böyük dəbilqə" turniri start götürüb Azərbaycan 30 cüdoçu ilə təmsil olunur
Fərdi
6 May , 2016 09:09
​Bakıda cüdo üzrə Böyük dəbilqə turniri start götürüb

Bakı. 6 may. REPORT.AZ/ Bu gün Bakıda cüdo üzrə "Böyük dəbilqə" turniri start götürüb. "Report"un məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında 3 gün davam edəcək yarışda 76 ölkədən 449 cüdoçu (280 kişi, 169 qadın) qüvvəsini sınayacaq.

Bu yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından da önəmlidir. 154 min dollar mükafat fonduna malik yarışda hər çəkidə qalib gələn cüdoçular qızıl medalla yanaşı, 5000 dollar pul mükafatına və 500 lisenziya xalına sahib olacaqlar. Finalçılar gümüş medal, 300 lisenziya xalı və 3000 dollar, hər çəkidə üçüncü yeri tutan iki cüdoçu isə bürünc medal, hərəyə 200 lisenziya xalı və 1500 dollar qazanacaqlar.

"Böyük Dəbilqə" Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinin təşkilatçılığı ilə ilk böyük turnir olacaq. Ev sahibi ölkəni 27 kişi və 3 qadın cüdoçu təmsil edəcək. İlk yarış günündə onlardan 10-u mübarizəyə qoşulur:

6 may

48 kq. 1/16 final. Aişə Qurbanlı - Valentina Moskatt (İtaliya)

48 kq. 1/8 final. Şəfəq Məmmədova - Dilara Lokmanhekim (Türkiyə)

60 kq. 1/16 final. Orxan Səfərov - Ryuju Naqayama (Yaponiya)

60 kq. 1/16 final. İlqar Müşkiyev - Bekir Özlü (Türkiyə)

60 kq. 1/16 final. Vüqar Şirinli - Eşli Makkenzi (Böyük Britaniya)

60 kq. 1/32 final. Elbrus Zamanov - Artyom Arşanski (İsrail)

66 kq. 1/32 final. Orxan Əsgərzadə - Azamat Mukanov (Qazaxıstan)

66 kq. 1/32 final. Tərlan Kərimov - Aleksandr Beta (Polşa)

66 kq. 1/16 final. Famil Məmmədzadə - Kennet van Qansbeke (Belçika)

66 kq. 1/16 final. İskəndər Talışinski - Çia Hunq Çyen (Tayvan)

Qeyd edək ki, ilk görüşlər saat 10:00-da, final qarşılaşmaları isə saat 17:00-da başlayacaq. Final mərhələsindən öncə təntənəli açılış mərasimi təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi