Bakı Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib

Bakı Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib Takis Nikolopoulos turnirin direktoru təyin olunub
Fərdi
19 May , 2016 12:53
Bakı Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib

Bakı. 19 may. REPORT.AZ/ Bakıda keçiriləcək 42-ci Ümümdünya Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, Faiq Həsənovdur.

Ümumilikdə olimpiada vaxtı 200-dək hakim partiyalara nəzarət edəcək. Baş hakimin köməkçiləri Anastasiya Sorokina və Mahdi Abdulrahim olacaq.

FİDE Hakimlər Komissiyasının sədri Takis Nikolopoulos isə turnirin direktoru təyin olunub.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1 - 14 sentyabrda keçiriləcək. Azərbaycanda ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall"da keçiriləcək. Olimpiada günlərində Bakıda həm də FİDE Konqresinin növbəti iclası olacaq. 

Son xəbərlər

Orphus sistemi