Yuxarı

Bakı Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib

Takis Nikolopoulos turnirin direktoru təyin olunub

Bakı. 19 may. REPORT.AZ/ Bakıda keçiriləcək 42-ci Ümümdünya Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, Faiq Həsənovdur.

Ümumilikdə olimpiada vaxtı 200-dək hakim partiyalara nəzarət edəcək. Baş hakimin köməkçiləri Anastasiya Sorokina və Mahdi Abdulrahim olacaq.

FİDE Hakimlər Komissiyasının sədri Takis Nikolopoulos isə turnirin direktoru təyin olunub.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1 - 14 sentyabrda keçiriləcək. Azərbaycanda ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall"da keçiriləcək. Olimpiada günlərində Bakıda həm də FİDE Konqresinin növbəti iclası olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi