Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Nazim Umbayev Paraolimpiya Oyunlarının cüdo yarışlarında hakimlik edəcək
Fərdi
18 Aprel , 2024 14:00
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Nazim Umbayev Paralimpiya Oyunlarının cüdo yarışlarında hakimlik edəcək.

"Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, A kateqoriyalı beynəlxalq dərəcəli referi sentyabrın 5-7-si aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında ədalət təmsilçiləri sırasında yer alacaq.

Qeyd edək ki, Nazim Umbayev 2017-ci ildə B, 2022-ci ildə A kateqoriyalı beynəlxalq dərəcəli hakim adını alıb. O, 2022-ci ilin sonundan etibarən Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə Dünya Cüdo Turu çərçivəsində keçirilən nüfuzlu yarışlarda hakim kimi iştirak edir. Umbayev hazırda cüdo hakimlərinin dünya reytinqində 19-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi