Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək Mayın 1-i yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinə start veriləcək.
Fərdi
30 Aprel , 2024 16:36
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Mayın 1-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinə start veriləcək.

Bu barədə "Report"a Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) məlumat verilib.

Gənclər və İdman Nazirliyi ilə ASTF-nin birgə təşkil edəcəyi yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar bacarıqlarını göstərəcəklər. “Şüa" İdman Kompleksində keçiriləcək yarışda iki yaş qrupunda – 2005-2008, 2009 və daha kiçik təvəllüdlü stolüstü tennisçilər arasında çempionlar müəyyənləşəcək.

İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində qüvvələrini sınayacaqlar. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi