​Azərbaycan taekvondoçuları Ukraynada 7 medal qazanıb

​Azərbaycan taekvondoçuları Ukraynada 7 medal qazanıb Medallardan 3-ü gümüş, 4-ü isə bürünc əyarlıdır
Fərdi
13 Aprel , 2015 12:53
​Azərbaycan taekvondoçuları Ukraynada 7 medal qazanıb

Bakı. 13 aprel. REPORT.AZ/ Ukraynanın Xarkov şəhərində keçirilmiş taekvondo üzrə G-1 kateqoriyalı "Ukraine Open Cup" beynəlxalq turnirində Azərbaycan yığması 3 gümüş və 4 bürünc medal qazanıb. Azəzrbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, yarışda Ayxan Tağızadə (68 kq), Milad Beigi Harçeqani (80 kq) və qadın taekvondoçu Fəridə Əzizova (67 kq) yalnız finalda uduzub.

Digər qadın idmançılardan Günay Ağakişiyeva (57 kq), Patimat Abakarova (49 kq), Darya Şkurko (62 kq) və Marina Tedeeva (73 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması turnirə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev, kişilərdən ibarət millinin məşqçisi Elnur Amanov və qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında yollanıb. 

Son xəbərlər

Orphus sistemi