Yuxarı

​Azərbaycan taekvondoçuları Ukraynada 7 medal qazanıb

Medallardan 3-ü gümüş, 4-ü isə bürünc əyarlıdır

Bakı. 13 aprel. REPORT.AZ/ Ukraynanın Xarkov şəhərində keçirilmiş taekvondo üzrə G-1 kateqoriyalı "Ukraine Open Cup" beynəlxalq turnirində Azərbaycan yığması 3 gümüş və 4 bürünc medal qazanıb. Azəzrbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, yarışda Ayxan Tağızadə (68 kq), Milad Beigi Harçeqani (80 kq) və qadın taekvondoçu Fəridə Əzizova (67 kq) yalnız finalda uduzub.

Digər qadın idmançılardan Günay Ağakişiyeva (57 kq), Patimat Abakarova (49 kq), Darya Şkurko (62 kq) və Marina Tedeeva (73 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması turnirə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev, kişilərdən ibarət millinin məşqçisi Elnur Amanov və qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında yollanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi