​Azərbaycan şahmatçıları dünya çempionatında iştirak edəcək

​Azərbaycan şahmatçıları dünya çempionatında iştirak edəcək Yarış sentyabrın 1-də start götürəcək
Fərdi
29 Avqust , 2015 06:15
​Azərbaycan şahmatçıları dünya çempionatında iştirak edəcək

Bakı. 29 Avqust. REPORT.AZ/ Gənc Azərbaycan şahmatçıları Rusiyanın Xantı-Mansiysk şəhərində 20 yaşadək yeniyetmələr arasında keçiriləcək dünya çempionatında (FIDE World Junior Under-20 Championships 2015) iştirak edəcək.

"Report" xəbər verir ki, yarış sentyabrın 1-də start götürəcək.

Dünya çempionatında 40 ölkənin nümayəndəsi iştirak edəcək. Ümumilikdə 100-dən çox idmançı birincilik uğrunda mübarizə aparacaq.

Çempionat İsveçrə sistemi üzrə keçiriləcək və gündə bir mərhələ oynanılmaqla 13 raunddan ibarət olacaq. Bütün bu günlər ərzində iştirakçılar tərəfindən 700-dən çox partiya oynanılacaq. Qaliblər və mükafatçılar topladıqları xalların sayına görə müəyyən olunacaqlar. Çempionata sentyabrın 15-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi