Azərbaycanın qadın samboçuları Dünya Kubokunda 2 medal qazanıb

Azərbaycanın qadın samboçuları Dünya Kubokunda 2 medal qazanıb Minskdə keçirilən yarışda 3 bürünc medal əldə olunub
Fərdi
14 Fevral , 2015 10:54
Azərbaycanın qadın samboçuları Dünya Kubokunda 2 medal qazanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə sambo üzrə Dünya Kubokuna yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycan milli komandası yarışı 3 bürünc medalla başa vurub.

İkinci yarış günündə qadın samboçulardan Şəhanə Hüseynova (60 kq) və Nərminə Əlizadə (68 kq) mükafatçılar sırasına düşməyi bacarıb. İlk yarış günündə isə kişilərin mübarizəsində Nəsimi Umbayev (52 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, Belarus prezidentinin mükafatları uğrunda keçirilən Dünya Kubokuna 20 ölkə qatılıb.  

Son xəbərlər

Orphus sistemi