​Azərbaycan güləşçiləri Las Veqasda məşqə çıxıb

​Azərbaycan güləşçiləri Las Veqasda məşqə çıxıb Dünya çempionatına sentyabrın 7-də start veriləcək
Fərdi
2 Sentyabr , 2015 11:53
​Azərbaycan güləşçiləri Las Veqasda məşqə çıxıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sərbəst, yunan-Roma və qadın güləş üzrə Azərbaycan yığma komandaları ABŞ-ın Las Veqas şəhərində dünya çempionatına hazırlıqlarını davam etdirir. "Report"un Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, pəhləvanlar dünən axşam saatlarında məşqə çıxıb.

Çempionatın proqramına əsasən, ilk olaraq, sentyabrın 7-də 66, 75 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 12-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi