Azərbaycan güləşçisi Dağıstanda qızıl medal qazanıb

Azərbaycan güləşçisi Dağıstanda qızıl medal qazanıb Coşqun Əzimov finalda rusiyalı rəqibini yenib
Fərdi
6 İyul , 2015 11:16
Azərbaycan güləşçisi Dağıstanda qızıl medal qazanıb

Bakı. 6 iyul. REPORT.AZ/ Rusiyanın Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. "Report"un məlumatına görə, Dağıstandakı yarışda iştirak edən Azərbaycan sərbəst güləş millisi 1 qızıl medalla kifayətlənib.

Həmin medala 65 kq çəki dərəcəsində mübarizə aparan gənc güləşçi Coşqun Əzimov sahib çıxıb. C.Əzimov həlledici görüşdə Rusiya təmsilçisi Əlibəyhacı Əmiyevə də qalib gəlib. Ruslan Qasımov (57 kq), Ağahüseyn Mustafayev (61 kq), Məhəmmədhacı Muxutov (74 kq) və Qalib Əliyev (61 kq) bürünc medal görüşündə uduzaraq, turniri 5-ci sırada tamamlayıb. 

Qeyd edək ki, görüşləri idarə edənlər arasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev də olub. 

Son xəbərlər

Orphus sistemi