​Azərbaycan gimnastı "Rio 2016"ya vəsiqə qazanıb

​Azərbaycan gimnastı "Rio 2016"ya vəsiqə qazanıb Marina Durunda 24 idmançı arasında 6-cı olub
Fərdi
12 Sentyabr , 2015 15:11
​Azərbaycan gimnastı Rio 2016ya vəsiqə qazanıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Almaniyanın Ştutqart şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatında Azərbaycan gimnastı 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. "Report"un Beynəlxalq Gimnastika Federasiyasının saytına istinadən verdiyi məlumata görə, buna qadın gimnast Mariya Durunda nail olub.

O, çoxnövçülük yarışında aktivinə 71.399 xal yazmaqla 24 idmançı arasında 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, çempionatın ilk 15 pilləsində yer tutan gimnastlar olimpiadaya yollanacaqlar.

Son xəbərlər

Orphus sistemi