Yuxarı

​Azərbaycan gimnastı "Rio 2016"ya vəsiqə qazanıb

Marina Durunda 24 idmançı arasında 6-cı olub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Almaniyanın Ştutqart şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatında Azərbaycan gimnastı 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. "Report"un Beynəlxalq Gimnastika Federasiyasının saytına istinadən verdiyi məlumata görə, buna qadın gimnast Mariya Durunda nail olub.

O, çoxnövçülük yarışında aktivinə 71.399 xal yazmaqla 24 idmançı arasında 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, çempionatın ilk 15 pilləsində yer tutan gimnastlar olimpiadaya yollanacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi