​Azərbaycan cüdoçusu Hərbçilərin VI Dünya İdman Oyunlarında bürünc medal qazanıb

​Azərbaycan cüdoçusu Hərbçilərin VI Dünya İdman Oyunlarında bürünc medal qazanıb Elmar Qasımov fəxri kürsünün 3-cü pilləsinə sahib çıxıb
Fərdi
6 Oktyabr , 2015 17:48
​Azərbaycan cüdoçusu Hərbçilərin VI Dünya İdman Oyunlarında bürünc medal qazanıb

Bakı. 6 ooktyabr. REPORT.AZ/ Cənubi Koreyanın Mungyeong şəhərində keçirilən Hərbçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan komandası daha bir medal qazanıb. "Report"un məlumatına görə, 100 kq çəkidə mübarizə aparan cüdoçu Elmar Qasımov bürünc medala sahib olub.

Uruqvaylı və rusiyalı rəqiblərini məğlub etdikdən sonra 1/4 finala yüksələn E.Qasımovun qarşısını monqolustanlı Ambaselmaa Bayarsayxan kəsib. O, təsəlliverici görüşlərdə ardıcıl olaraq Antonio Pena (Venesuela), Jozef Terheç (Fransa) və braziliyalı Riberio Korrea Lusianonu məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycanın Hərbçilərin VI Dünya İdman Oyunlarında 6-cı medalı olub. Daha öncə cüdoçular 1 gümüş və 3 bürünc, güləşçilər isə 1 bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi