Avropa çempionatından qayıdan Azərbaycan cüdoçuları üçün qarşılanma mərasimi keçirilib

Avropa çempionatından qayıdan Azərbaycan cüdoçuları üçün qarşılanma mərasimi keçirilib Onları Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və bir qrup azarkeş qarşılayıb
Fərdi
20 Sentyabr , 2016 10:25
Avropa çempionatından qayıdan Azərbaycan cüdoçuları üçün qarşılanma mərasimi keçirilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ İspaniyanın Malaqa şəhərindəki Avropa çempionatında çıxışını başa vuran Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Vətənə qayıdıb. 

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 2 qızıl və komanda yarışlarında gümüş medal qazanmış milli üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri və bir qrup azarkeş qarşılayıb.

Qeyd edək ki, Avropa çempionatında qızıl medallara Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) sahib çıxıb. 

Son xəbərlər

Orphus sistemi