Avropa çempionatında Azərbaycanın daha 3 güləşçisi mübarizəyə qoşulur

Avropa çempionatında Azərbaycanın daha 3 güləşçisi mübarizəyə qoşulur Əsas diqqətlər Hacı Əliyevlə Cəbrayıl Həsənova yönələcək
Fərdi
10 Mart , 2016 10:03
Avropa çempionatında Azərbaycanın daha 3 güləşçisi mübarizəyə qoşulur

Bakı. 10 mart. REPORT.AZ/ Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında bu gün Azərbaycanın daha 3 təmsilçisi mübarizəyə qoşulacaq. "Report"un məlumatına görə, əsas diqqətlər sərbəst güləşçilərin mübarizəsində Avropa və ikiqat dünya çempionu Hacı Əliyevlə ikiqat Avropa çempionu Cəbrayıl Həsənovun çıxışlarına yönələcək.

Hər iki pəhləvanın ilk görüşü 1/8 finala təsadüf edəcək. 23 yaşadək qadın güləşçilər arasında Avropa çempionu Alyona Kolesnik isə 1/4 finalda rəqibini gözləyəcək.

Avropa çempionatı

Üçüncü yarış günü

Qadın güləşi

55 kq
1/4 final. Alyona Kolesnik - Vanya Qomeş (Portuqaliya) / Simona Prikob (Rumıniya)

Sərbəst güləş

61 kq
1/8 final. Sarinas Yurkis (Litva) - Hacı Əliyev

74 kq
1/8 final. Yakov Maxaraşvili (Gürcüstan) - Cəbrayıl Həsənov

İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq.

Qeyd edək ki, ilk 2 yarış günündə Azərbaycan güləşçilərindən Mariya Stadnik (48 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) bürünc medala sahib olub.

Son xəbərlər

Orphus sistemi