​AİJA-nın sədri: "AİPS Azərbaycana ilin ən yaxşılarını müəyyənləşdirmək üçün müraciət etməyib"

​AİJA-nın sədri: "AİPS Azərbaycana ilin ən yaxşılarını müəyyənləşdirmək üçün müraciət etməyib" Təşkilatın sorğusunda Azərbaycan iştirak etməyib
Fərdi
30 Dekabr , 2015 11:18
​AİJA-nın sədri: AİPS Azərbaycana ilin ən yaxşılarını müəyyənləşdirmək üçün müraciət etməyib

Bakı. 30 dekabr. REPORT.AZ/ "Bizə Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasından ilin ən yaxşılarının seçimi ilə bağlı müraciət olunmayıb. Olunsaydı, mütləq cavablandırardıq. Halbuki, həmişə internet vasitəsilə müraciət ünvanlayırdılar". Bunu "Report"a açıqlamasında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının sədri Eldar İsmayılov (AİPS) deyib. 

E.İsmayılov bildirib ki, AİPS-in Azərbaycanda 10-dan artıq üzvü var və müraciət olunduğu təqdirdə, ən azı, üzvlərdən biri sorğunu cavablandırardı: "AİPS Avropa bizə sorğu göndərmişdi. Cavablandırdıq, orada 3 kişi və 3 qadın idmançının, eləcə də 3 komandanın adını yazdıq. Lakin AİPS-in özü heç bir sorğu göndərməyib. Səhhətimlə əlaqədar olaraq, bir müddət işlə məşğul ola bilmədim. Ancaq müraciət internet üzərindən olduğundan, elektron poçt ünvanımı tez-tez yoxlayırdım. Heç bir müraciət olmayıb".

Qeyd edək ki, AİPS bir sıra nominasiyalar üzrə ilin ən yaxşılarını müəyyənləşdirib. Həmin səsvermədə Azərbaycan iştirak etməyib.

Son xəbərlər

Orphus sistemi