​Yəməndə baş verənlər neftin qiymətini artırıb

​Yəməndə baş verənlər neftin qiymətini artırıb "Brent" 3,17%, "WTI" 3,82% bahalaşıb
Energetika
26 Mart , 2015 09:36
​Yəməndə baş verənlər neftin qiymətini artırıb

Bakı. 26 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyatlara başlaması dünya bazarlarında neftin qiymətinin 3% bahalaşmasına səbəb olub.

"Report"un məlumatına görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 3,17% yüksəlib və bir barelə görə 58,27 dollar təşkil edib. "WTI" (West Texas Intermediate) markalı neftin may fyuçerslərinin dəyəri isə 3,82% yüksələrək, bir bareli 51,09 dollara qalxıb.

Qeyd edək ki, bu gecə Səudiyyə Ərəbistanı və Fars Körfəzi ölkələrinin iştirakı ilə beynəlxalq koalisiya Yəməndə ölkənin böyük hissəsini nəzarətdə saxlayan üsyançılara qarşı hərbi əməliyyata başlayıblar.

Hazırda əldə olan məlumata görə, Yəmənin paytaxtındakı hava limanı və bir neçə hərbi obyektə aviazərbələr endirilib. Bu əməliyyat Fars Körfəzi ölkələrinin əməkdaşlıq şurasının iclasından dərhal sonra başlayıb. Bu iclasda bildirilib ki, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, BƏƏ və Qətər prezident Əbd Rabbu Mansura Hadinin "xahişinə cavab vermək və Yəməndə qanuni hakimiyyəti döyüşçülərdən qorumaq niyyətinədədirlər".  

İngilis versiyası World oil price rises

Son xəbərlər

Orphus sistemi