Bakı. 28 aprel. REPORT.AZ/ Neftin dünya qiymətləri artmaqda davam edir.
"Report" xəbər verir ki, WTI markalı neft 5 noyabr 2015-ci il tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə 46 dollara qədər artıb.
Elektron hərraclar zamanı WTI markalı neftin iyun fyuçersləri 1,52% artaraq bir barel üçün 46,02 dollar təşkil edib.
"Brent" markalı neftin iyun fyuçersləri isə 1,66% bahalaşaraq bir barel üçün 47,71 dollara bərabər olub.