​Ukraynada benzin ucuzlaşıb

​Ukraynada benzin ucuzlaşıb Ukrayna bazarında idxal yanacağının payı 80%-dir
Energetika
25 Avqust , 2015 18:01
​Ukraynada benzin ucuzlaşıb

Bakı. 25 avqust. REPORT.AZ/ Ukraynada yanacaqdoldurma məntəqələrinə sahib olan bir çox şirkətlər yanacağın qiymətini 2-3 qəpik (0,50-0,60 Ukrayna qrivnası) ucuzlaşdırıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Qeyd edək ki, bu məlumatlar "A-95" konsaltınq qrupunun apardığı araşdırmalar zamanı ortaya çıxıb.

"Dizelin qiymətində müşahidə edilən ucuzlaşma benzinin qiymətinə də təsir edəcək", - "A-95"in nümayəndəsi Sergey Kuyun deyib.

Qeyd edək ki, Ukraynada SOCAR, "Amic", "Shell", OKKO, WOG kimi şirkətlər yanacaq satışını həyata keçirir.

Xatırladaq ki, açıqlanan statistikaya görə, yanvar-iyun aylarında Ukrayna 2,187 mlrd. dollar dəyərində neft məhsulu idxal edib. Mütəxəssislər Ukrayna bazarında idxal yanacağının payının 80% olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi