​TAP banklar üçün təqdimat keçirib

​TAP banklar üçün təqdimat keçirib TAP-ın baş icraçı direktoru Yan Bredşou: "TAP uzunmüddətli investisiya əhəmiyyətli layihədir"
Energetika
21 Dekabr , 2015 14:25
​TAP banklar üçün təqdimat keçirib

Bakı. 21 dekabr. REPORT.AZ/ Londonda 20-dən artıq beynəlxalq bankın nümayəndəsi "Trans Adriatic Pipeline AG"-nin keçirdiyi təqdimat mərasiminə qatılıb. "Report" xəbər verir ki, 2016-cı ildə TAP çoxşaxəli agentliklərdən, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edəcəyi maliyyə resurslarının həcmini artırmağı düşünür.

TAP-ın baş icraçı direktoru Yan Bredşou (Ian Bradshow) çıxışında deyib ki, TAP uzunmüddətli investisiya əhəmiyyətli layihədir: "Mən çox məmnunam ki, TAP etibarlı və uzunmüddətli investisiya əhəmiyyətli layihədir. Hazırkı dövrdə layihədə iştiraka bir çox şirkətlər maraq göstərir və bu maraq getdikcə artır. TAP ortaq maraqlara xidmət edən layihədir və Yunanıstan, Albaniya və İtaliya hökumətləri də bu məsələni təsdiq edir".

Qeyd edək ki, 2020-ci ilin əvvəlində fəaliyyətə başlayacaq TAP-da BP-nin 20%, SOCAR-ın 20%, "Snam S.p.A."-nın 20%, "Fluxys"nin 19%, "Enagas"ın16% və "Axpo"nun 5% payı var.

Son xəbərlər

Orphus sistemi