​Taner Yıldız: "Türk axını" üçün koordinatlar verilib"

​Taner Yıldız: "Türk axını" üçün koordinatlar verilib" Ötən həftə kəmərin marşrutunun koordinatları "Qazprom" tərəfindən verilib
Energetika
15 İyun , 2015 17:17
​Taner Yıldız: Türk axını üçün koordinatlar verilib

Bakı. 15 iyun. REPORT.AZ/ Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız "Türk axını" layihəsi çərçivəsində inşa olunacaq qaz boru kəmərinin marşrutunun koordinatlarının ötən həftə Rusiyanın "Qazprom" ASC tərəfindən verildiyini və bu həftə bəzi ilkin razılaşmalar mövzusunda işlərin görülə biləcəyini deyib. "Report" xəbər verir ki, bunu T.Yıldız Türkiyə Külək Enerjisi Birliyinin (TÜREB) üzvlərini qəbul edəndən sonra media mənsubları üçün keçirdiyi mətbuat konfransında deyib.

"Rusiya ilə əsas müzakirələr nüvə enerji stansiyası və "Türk axını" ilə bağlı olub. Xarici İşlər Nazirliyi də "Türk axını" ilə bağlı lazımi koordinatları gözlədiklərini açıqlamışdı və ötən həftə həmin koordinatlar "Qazprom" tərəfindən verilib. Bizim ilkin dəyərləndirmələrlə bağlı bəzi icazələrin verilməsi gözlənilir. Bu icazələr və müzakirə edəcəyimiz bütün məsələlər ancaq boru xətti ilə bağlı olacaq. Prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın da müzakirə etdiyi məhz bu məsələlər olub", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi