Bakı. 19 yanvar. REPORT.AZ/ Norveçin ən böyük neft-qaz şirkəti olan "Statoil ASA" Şimal dənizində yerləşən neft yatağının işlənməsinə ayıracaq xərcləri azaldıb. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, xərclərin 10% azalması neftin qiymətinin aşağı düşməsi fonunda baş verib.
Şirkətin tərəfdaşı olan "Det Norske Oljeselskap ASA"dan verilən məlumata görə, ümumi investisiyanın həcmi 170-220 milyard krondan 160-190 milyard krona qədər azaldılıb.
İnformasiyaya görə, yataqlarda 1,7-3 milyard barel neft var. Neft hasilatına 2019-cu ildə başlanması planlaşdırılır. Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçiriləcək. Ümumi xərclər isə əvvəlki kimi 123 milyard kron deyil, 108,5 milyard kron təşkil edəcək.
Xatırladaq ki, daha əvvəl "Statoil"un Alyaskadakı neft yataqlarını tərk etdiyi xəbər verilmişdi.